İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Ümumi məlumat

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və Qiymətləndirmə Qrupu strateji yol xəritələrinin, dövlət proqramlarının, tədbirlər planlarının, iqtisad yönümlü təşviq layihələrinin, habelə sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətlərin monitorinqini və qiymətləndirilməsini həyata keçirir, dövlət qurumlarının sifarişi əsasında iqtisadi yönümlü dövlət proqramlarının və strategiyaların, iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasını, risk təhlilini aparır, həmçinin icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsini qiymətləndirir.

Strateji yol xəritələrində və digər dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının vaxtında və yüksək səviyyədə yerinə yetirmək üçün, yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin, elmi təşkilatların, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsi əsasında monitorinq və qiymətləndirmə idarəetmə sistemi formalaşdırılmış və davamlı olaraq əlaqələndirici və icraçı qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərilərək monitorinq və qiymətləndirmə prosesi həyata keçirilir.

 

 

Missiyamız

İcra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya proseslərini vahid bir platformada instisionallaşdırmaq

 

 

Vizyonumuz

Rəqəmsal monitorinq və qiymətləndirilmə institunu elektron hökümətin funksionallığı kimi görmək

 

 

Dəyərlərimiz

Yüksək peşəkar standartlara riayət etmək

Yüksək etik normalara əməl etmək

Monitorinq və qiymətləndirmə prosesinin aparılmasında sifarişçi inamlarını qorumaq

Dövlətçilik maraqlarını üstün tutmaq

Çevik koordinasiya və kommunikasiyanın təmin etmək

Monitorinq və qiymətləndirmə prosesinin şəffaflığını təmin etmək

Hesabatlılığı gücləndirmək

 

 

 

 

                              

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM