İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

“Əmək bazarı” işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupu onlayn formatda növbəti iclasını keçirib.

İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru üzrə 2025-ci ildə ölkəmizdə görülən işlərin nəticələrinə dair təqdimat nümayiş etdirilib.

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması sahələrində atılan addımlar, əldə olunan nəticələrdən bəhs olunub. Ölkəmizin göstəricilərinin növbəti illərdə daha da yaxşılaşdırılması istiqamətində təkliflər müzakirə edilib. 

İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Elnur Ələkbərov iştirak edib.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM