İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI
"Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik" Heydər Əliyev |
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2024-cü ilin birinci yarısı üzrə monitorinqinə dair hesabatın müzakirələrinə start verilib. Azərbaycan Respublikası Baş nazirinin 12 iyun 2023-cü il tarixli 487s nömrəli Sərəncamı ilə Strategiyada nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə səkkiz İşçi qrup yaradılıb. Təşkil olunan müzakirələrdə 2024-cü il üzrə hədəflənmiş işlərin cari ilin ilk altı ayında icra vəziyyəti müzakirə ediləcək.
“İqtisadi artım”, “Makroiqtisadi dayanıqlılıq”, “İnklüziv sosial inkişaf və sosial təminat”, “İnsan kapitalı və təhsil”, “İnnovasiya”, “Sağlam həyat tərzi”, “Ekoloji məsələlər”, “Yaşıl enerji məkanı” işçi qruplarının görüşləri barədə məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu www.monitoring.gov.az saytından əldə etmək mümkündür. Bu rəsmi saytın rəqəmsal təqvimi vasitəsi ilə görüşlər barədə əvvəlcədən məlumatlar təqdim olunur.
İlk müzakirə Strategiyanın 5.2-ci məqsədi üzrə “Yaşıl enerji məkanı” İşçi qrupunun iclasında aparılacaq.
Ümumi məlumat
Qaydalar
|
Media
Xəbərlər
Fotolar
Videolar |