İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”

Portala keçid

 “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” nın (bundan sonra-Dövlət Proqramı) Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilib. Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 Sərəncamının 4-cü bəndinə əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (bundan sonra-Mərkəz) tapşırılmışdır.  Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2022-ci il tarixli 815s nömrəli Sərəncamı imzalanıb. Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli Sərəncamının 1.1  və 1.2-ci bəndlərinə əsasən, nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişatına nəzarətin effektivliyinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq və qiymətləndirmə Portalı” yaradılmışdır. Dövlət Proqramının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi” Qaydasının tələblərinə uyğun aparılır.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM