İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”

Portala keçid

 “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın (bundan sonra- Strategiya) təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəcamının 4-cü bəndinə əsasən  Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (bundan sonra-Mərkəz) tapşırılmışdır. 2022-ci il 12 iyun tarixli 487s nömrəli Sərəncamının 2-ci bəndinə uyğun olaraq Strategiyada nəzərdə tutulmuş tədbirlərin  tam, vaxtında və effektiv icrasını təmin etmək məqsədilə işçi qruplar formalaşdırılmışdır.  Strategiyanın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəcamının icrasının təmin edilməsi ilə bağlı  əlavə tədbirlər və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 453s nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 12 iyun tarixli 487s nömrəli Sərəncamının 3.1 bəndinə əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişatına nəzarətin effektivliyinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq və qiymətləndirmə Portalı” yaradılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Dövlət Proqramının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi” Qaydası və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 12 iyun tarixli 487s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Strategiyanın monitorinq və qiymətləndirməsinin əsas prinsiplərinə dair Metodoloji Çərçivə” yə uyğun olaraq həyata keçirilir.

Qanunvericilik İşçi qruplar

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM