İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

“Ekoloji məsələlər” İşçi qrupu ilin birinci yarısı üzrə hesabatı müzakirə edib

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin 2024-cü ilin birinci yarısı üzrə icrasına dair “Ekoloji məsələlər” İşçi qrupunda müzakirəsi keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilmiş iclasda İşçi qrupun sədri, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Strategiya çərçivəsində  2024-cü ilin birinci yarımilində görülmüş tədbirlər və həyata keçirilən layihələr barədə məlumat verib. Nazir müavini Strategiyada iqtisadiyyatı davamlı və yüksək templə artmaqda olan ölkəmizdə qlobal iqlim dəyişikliklərinə cavab verən və əhalinin sağlam mühitdə yaşamını təmin edəcək yüksək keyfiyyətli ətraf mühitin təmin olunması kimi mühüm vəzifənin qarşıya qoyulduğunu diqqətə çatdırıb. O, Strategiya çərçivəsində əldə olunan nailiyyətlərlə yanaşı, qarşıda duran davamlı çağırışlara diqqət yetirməyin və bu çağırışların öhdəsindən gəlmək üçün koordinasiyalı fəaliyyətin vacibliyini bildirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Müseyibov hesabat dövründə artıq icra edilmiş, həmçinin icrası tamamlanmamış işlər barədə ətraflı məlumatlar verib. O qeyd edib ki, işçi qrupa üzv qurumlar arasında xüsusi ilə qanunvericilik aktlarının, infrastruktur layihələrinin icrası ilə bağlı kommunikasiyanın gücləndirilməsi icra prosessinin effektivliyini artıracaq.

İİTKM-nin Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli iştirakçılara 2024-cü ilin birinci yarısı üzrə hesabatı təqdim edib, çağırışlar və təkliflər üzərində üzv qurumlarla fikir mübadiləsi aparılıb.

“Ekoloji məsələlər” İşçi qrupunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Maliyyə, Elm və Təhsil, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika nazirlikləri, həmçinin Dövlət Statistika Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, AMEA, “Təmiz şəhər” ASC, Dövlət Neft Şirkəti və AZAL-ın rəhbər şəxsləri təmsil olunurlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM