İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

“Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” müzakirə edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın 2024-cü ilin birinci yarısı üzrə ilkin monitorinq nəticələrinə dair müzakirə keçirilib. İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov, şöbə müdirinin müavini Səbinə Cumazadə, şöbənin baş məsləhətçisi Əbdülrəhim Dadaşov iştirak ediblər. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geoloji Kəşfiyyat Agentliyinin, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin, “AzərGold” QSC-nin məsul şəxsləri iclasa qatılıb.

Ayaz Müseyibov  aparılan geoloji tədqiqat işlərinin və mineral xammal ehtiyatlarının səmərəli istifadəsinin əhəmiyyətini vurğulayaraq Dövlət Proqramının effektiv icrası ilə bağlı müvafiq addımların atıldığını, işin təşkilinin koordinasiyalı şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq qarşıdakı dövr üzrə əsas prioritetləri qeyd edib.

Görüşdə monitorinq prosesinin tam və effektiv icrasının həyata keçirilməsi məqsədilə Dövlət Proqramının vəzifələrinin icrasına dair növbəti mərhələdə diqqət yetirilməli məqamlar müzakirə edilib. Eyni zamanda, 2024-cü il üçün Tədbirlər Planının icra komponentləri və qiymətləndirmə indikatorları barədə məlumatı əhatə edən təfsilatlı icra planına uyğun həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələrin Azərbaycan Respublikasında mineral xammal ehtiyatlarından səmərəli istifadənin təmin edilməsində əhəmiyyəti vurğulanıb.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM