İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI
"Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik" Heydər Əliyev |
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə indikativ planlaşmanın aparılması məqsədilə icraçı qurumlarla görüşlərin keçirilməsi davam etdirilir.
Bu gün təşkil olunan görüşlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin nümayəndələri iştirak ediblər.
Mərkəzdə keçirilən iclaslarda növbəti illər üçün nəzərdə tutulan işlər və icra ediləcək tədbirlər ətraflı müzakirə olunub. Dövlət proqramında müəyyən edilmiş hədəflərə uyğun olaraq nəticə indikatorlarının formalaşdırılması istiqamətində qurumlara müvafiq tövsiyələr verilib və təkliflər dəyərləndirilib.
Qeyd edək ki,“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.
Ümumi məlumat
Qaydalar
|
Media
Xəbərlər
Fotolar
Videolar |