İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI
"Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik" Heydər Əliyev |
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi istiqamətində görüşlər İqtisadiyyat, Xarici İşlər, Müdafiə Sənayesi Nazirliklərinin nümayəndələri ilə davam edib.
İqtisadiyyat Nazirliyi ilə keçirilən iclasda sahibkarlara dəstək mexanizminin effektivliyinin artırılması, KOB subyektlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, qeyr-neft-qaz əmtəə və xidmətlərinin ixracının diversifikasiyasının dəstəklənməsi və davamlı iqtisadi artım məqsədinə çatmağa hədəflənmiş digər tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm məsələlər müzakirə olunub.
Xarici İşlər Nazirliyi ilə videokonfrans formatında keçən görüşdə turistlərin səyahət şərtlərini yaxşılaşdırmaq üçün viza prosedurlarının sadələşdirilməsi ilə bağlı tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri ilə müdafiə sənayesi təynatlı orta və yüksək texnoloji məhsulların istehsalı üzrə kadrların formalaşmasına imkan verən layihələrin icrası və müvafiq istehsalda özəl sektorun payının artırılması istiqamətində vacib məsələlərə diqqət yetirilib.
Görüşlərin yekununda Strategiya üzrə cari hədəflərin icrasında qarşıya çıxan çətinliklər vurğulanıb, onların aradan qaldırılması üçün çıxış yolları qeyd edilib, növbəti hədəflərə müvafiq qaydada nəticə indikatorlarının formalaşdırılması istiqamətində qurumlara tövsiyələr verilib.
Ümumi məlumat
Qaydalar
|
Media
Xəbərlər
Fotolar
Videolar |