İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə bağlı indikativ planlaşdırma çərçivəsində qurumlarla görüşlər davam edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icraçı qurumlarla indikativ planlaşdırma tədbirləri üzrə görüşlər keçirilir. Növbəti görüşlərdə İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ədliyyə Nazirliklərinin nümayəndələri iştirak ediblər.

İqtisadiyyat Nazirliyi ilə birgə sənaye zonaları və aqroparkların təşkili, regionda startap və biznes inkubatorlarının təşviqi, nəqliyyat infrastrukturu obyektlərinin adlandırılması, daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və Ünvan Reyestri Sistemində qeydiyyatı, KOB-lara dəstək infrastrukturu kimi mühüm məsələlər ətrafında müzakirələr aparılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə avtonəqliyyat sahələrinə texniki xidmət göstərən texniki təmir sahələrinin (stansiyaların) yaradılması, avtovağzallar (avtostansiyalar), taksi dayanacaqlarının yerlərinin müəyyən edilməsi, tikintisi və fəaliyyətinin təşkili, regionlarda mobil şəbəkələrin qurulması, poçt rabitəsi xidmətlərinin təşkili və genişləndirilməsi, müəyyən olunmuş ərazilərdə RTYS-nin təmir-bərpası və radio-televiziya yayımlarının təmini ilə bağlı məsələlər nəzərdən keçirilib.

Ədliyyə Nazirliyi ilə keçirilən iclasda isə müvafiq inzibati binaların tikintisi istiqamətində fikir mübadiləsi aparılıb. Görüşlərin yekununda dövlət proqramı çərçivəsində növbəti illərin hədəflərinə uyğun indikativ planlaşmanın aparılması və strateji addımların vacibliyi vurğulanıb.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM