İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə indikativ planlaşma davam edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icraçı qurumlarla indikativ planlaşdırma tədbirləri üzrə növbəti görüşlər keçirilib. Müzakirələr Dövlət Gömrük Komitəsinin, Elm və Təhsil Nazirliyinin, Müdafiə Nazirliyinin  və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə aparılıb.

Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin yaradılması və fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aparılıb. Elm və Təhsil Nazirliyi ilə əhalinin geri qayıdışına əsaslanaraq mərhələli şəkildə ümumi və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və bərpası, peşə və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təmin edilməsi, əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili və digər mühüm məsələlər nəzərdən keçirilib. Müdafiə Nazirliyi ilə aidiyyəti məsələlər üzrə fikir mübadiləsi aparılıb. Fövqəladə Hallar Nazirliyi ilə isə əhalinin və ərazilərin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq infrastrukturun yaradılması, radioloji və radioekoloji tədqiqatların aparılması məsələləri üzrə müzakirələr həyata keçirilib.

Görüşlərin sonunda Dövlət Proqramının cari hədəflərinin icrası zamanı yaranan çətinliklər və onların aradan qaldırılması yolları müzakirə olunub, gələcək hədəflərə uyğun nəticə indikatorlarının formalaşdırılması üçün müvafiq tövsiyələr təqdim edilib.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM