İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə bağlı indikativ planlaşdırma davam edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icraçı qurumlarla indikativ planlaşdırma tədbirləri üzrə növbəti görüşlər keçirilib. Müzakirələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin,  SOCAR-ın və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə işğaldan azad edilmiş ərazilərdə yaşıllaşdırma sahəsində layihələrin həyata keçirilməsi, meşə fondunun inventarlaşdırılması və qiymətləndirilməsi, məhv edilmiş meşə sahələrinin bərpası və artırılması kimi mühüm məsələlər üzrə müzakirələr aparılıb.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə regionun yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi və digər məsələlər nəzərdən keçirilib.

SOCAR nümayəndələri ilə qaz təchizatı məqsədilə paylayıcı şəbəkənin qurulması və digər aidiyyəti məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi, şəhərlərdə və qəsəbələrdə parkların, meşə parklarının, qəbiristanlıqların, pavilyonların, bayraq meydanlarının, mərkəzi meydanların, sərgi mərkəzlərinin və digər sosial-ictimai obyektlərin tikintisi məsələləri üzrə müzakirələr həyata keçirilib.

Görüşlərin sonunda Dövlət Proqramının hədəflərinin həyata keçirilməsi prosesində yaranan çətinliklər və onların həlli yolları müzakirə edilib, gələcək hədəflərə uyğun nəticə indikatorlarının hazırlanması üçün müvafiq tövsiyələr verilib.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM