İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI
"Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik" Heydər Əliyev |
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlət qurumlarının nümayəndəri ilə indikativ planlaşma tədbirlərini davam etdirir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində növbəti görüşlər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmiləri ilə keçirilib.
İpoteka və Kredit Zəmanət Fondunun əməkdaşları ilə əhalinin yaşayış standartlarının yaxşılaşdırılması üçün mənzil-tikinti işinin inkişaf etdirilməsi, həmçinin sahibkarların maliyyə resurslarına çıxış imkanlarını dəstəkləyən alətlərin genişləndirilməsi ilə bağlı müəyyən olunmuş konkret tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Energetika Nazirliyi ilə keçirilən görüşdə ölkənin energetika sektorunda tənzimləyici mühitin təkmilləşdirilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələri və digər yaşıl texnologiyalardan, habelə bərpa olunan enerji mənbələrindən istifadənin artırılması və enerji səmərəliliyinin təmin edilməsi məsələləri müzakirə edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri ilə keçirilmiş görüşdə daxili və transsərhəd yol-nəqliyyat infrastrukturunun tikintisinin həyata keçirilməsi və zəruri sistemlə təmin edilməsi ilə əlaqədar Strategiyada müəyyən olunmuş tədbirlər nəzərdən keçirilib.
Mərkəzi Bankla təşkil olunan iclasda isə ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi və maliyyə resurslarına çıxışın artırılması ilə əlaqədar fəaliyyət istiqamətlərinə daxil olan tədbirlərin hədəflərə müvafiq icrasına baxılıb.
İclasların yekununda Strategiyada müəyyən olunmuş hədəflərə müvafiq nəticə indikatorlarının formalaşdırılması ilə əlaqədar qurumlara tövsiyələr verilib.
Ümumi məlumat
Qaydalar
|
Media
Xəbərlər
Fotolar
Videolar |