İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI
"Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik" Heydər Əliyev |
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icraçı qurumlarla indikativ planlaşdırma tədbirləri üzrə növbəti görüşlər keçirilib. Müzakirələrdə Energetika Nazirliyinin, Mərkəzi Bankın, İpoteka və Kredit Zəmanət Fondunun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Ağdam rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak ediblər.
Energetika Nazirliyinin əməkdaşları ilə birgə işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi üzrə pilot layihələrin həyata keçirilməsi, enerji səmərəliliyinin təmin edilməsinin təşviqi və digər məsələlər müzakirə edilib.
Mərkəzi Bankla keçirilən iclasda geri qayıdacaq əhali üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndirmək məqsədilə regionda maliyyə institutlarının bərpası istiqamətində fəaliyyət nəzərdən keçirilib.
İpoteka və Kredit Zəmanət Fondu ilə işğaldan azad edilmiş ərazilərdə ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahələrinin satışının dəstəklənməsi və digər aidiyyəti məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə respublika və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və yenidən qurulması, region şəhərləri və rayonlarının yol infrastrukturunun layihələndirilməsi və tikintisi üzrə müzakirələr həyata keçirilib.
Ağdam rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə regionun yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlər görülməsi, şəhərlərdə və qəsəbələrdə parkların, meşə parklarının, qəbiristanlıqların, pavilyonların, bayraq meydanlarının, mərkəzi meydanların, sərgi mərkəzlərinin və digər sosial-ictimai obyektlərin tikintisi üzrə məsələlər müzakirə edilib.
Görüşlərin yekununda qarşıda duran vəzifələr, görüləcək işlər və Dövlət Proqramında müəyyən olunmuş hədəflərə uyğun müvafiq nəticə indikatorlarının formalaşdırılması ilə əlaqədar qurumlara tövsiyələr verilib.
Ümumi məlumat
Qaydalar
|
Media
Xəbərlər
Fotolar
Videolar |