İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İİTKM-də "Layihə idarəetməsi" modulu üzrə təlimlər davam edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı ilə Dövlət Proqramlarında nəzərdə tutulmuş layihələrin monitorinq və qiymətləndirilməsinin daha səmərəli və mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi üçün yaradılmış modulun istifadə qaydalarına dair təlimlər davam edir. Təlimin ikinci günündə Səhiyyə Nazirliyi, Mərkəzi Bankı, Kənd Tədərrüfatı Nazirliyi, TƏBİB, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Dövlət Turizm Agentliyinin əməkdaşları iştirak ediblər.

Dövlət qurumlarının nümayəndələrinə məlumatların daxil edilməsi, layihə monitorinqi və hesabatların hazırlanması üzrə modulun funksiyaları təqdim edilib. İştirakçılar interaktiv sessiyalar vasitəsilə monitorinq və qiymətləndirməyə dair hesabatlılıq portallarında modulun istifadəsini praktiki olaraq öyrənir, yaranan suallara cavab alırlar.

Qeyd edək ki, "Layihə idarəetməsi" modulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırıqları əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tərəfindən  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq və qiymətləndirmə Portalı”, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının icrasının monitorinqi və hesabatlılıq modulu” elektron portallarında hazırlanıb.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM