İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İİTKM-də Yerin təkinin geoloji öyrənilməsi və mineral xammal bazasından səmərəli istifadəyə dair Dövlət Proqramı müzakirə edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Yerin təkinin geoloji öyrənilməsi və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı” üzrə 2024-cü il üçün ilkin monitorinq nəticələrinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Tədbirdə İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov, Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə, Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri Əbdülrəhim Dadaşov, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” QSC-nin məsul nümayəndələri iştirak ediblər.

Ayaz Museyibov Dövlət Proqramının icrasının strateji əhəmiyyətini vurğulayaraq geoloji tədqiqatların aparılması və mineral xammal ehtiyatlarının səmərəli istifadəsi sahəsində əldə olunan nəticələri yüksək qiymətləndirib. O, Dövlət Proqramının yekun qiymətləndirilməsi prosesində nəzərə alınmalı əsas məqamlar barədə iştirakçılara ətraflı məlumat verib.

İnteraktiv müzakirələrdən sonra aidiyyəti qurumların nümayəndələri tərəfindən ilkin monitorinq nəticələri üzrə təqdim edilən rəylər əsasında hesabatın zənginləşdirilməsi üçün əlavə məlumatların daxil edilməsi razılaşdırılıb. Tədbir zamanı 2024-cü il üzrə Tədbirlər Planının icrası və qiymətləndirmə indikatorları üzrə görülən işlər təqdim olunub, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələrin ölkəmizdə mineral xammal ehtiyatlarından səmərəli istifadənin təmin edilməsindəki rolu vurğulanıb.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM