İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İİTKM-də hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair ilk görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın icrası üzrə əsas icraçı qurumlarla indikator cədvəlinin formalaşdırılması barədə ilk iclas keçirilib.

İclasda Mərkəzin icraçı direktorunun müavini Ayaz Museyibov 20-ə yaxın dövlət proqramının və strategiyanın monitorinqi və qiymətləndirilməsi üzrə Mərkəzin fəaliyyətini təqdim edərək, sözügedən Dövlət Proqramının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsaslanan tapşırıqlar, atılacaq addımlar və rəqəmsal platforma barədə ətraflı məlumat verib.

Görüşdə Dövlət Proqramının Tədbirlər planı üzrə indikator cədvəlinin formalaşdırılması üçün İİTKM tərəfindən əsas icraçı qurumlara nümunəvi forma nümayiş etdirilib. Eyni zamanda, indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, əlaqələndirmə məsələləri, gələcəkdə görüləcək işlər, qarşıda duran vəzifələr və Sərəncamda nəzərdə tutulduğu kimi Modulun yaradılması prosesi, eləcə də, Dövlət Proqramının tətbiqinin effektivliyini artırmaq məqsədilə nəzərdə tutulan tədbirlər barədə danışılıb.

İclasda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri ilə müzakirə aparılıb.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM