İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İİTKM əməkdaşları Qaradağ Günəş Elektrik Stansiyasına səfər ediblər

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı əməkdaşlarla birgə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) dəvəti və təşkilatçılığı ilə Qaradağ Günəş Elektrik Stansiyasında olub. Bu səfər “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 5.2-ci məqsədinin icrasının (“Yaşıl enerji məkanı”) monitorinqi çərçivəsində reallaşdırılıb.

BOEMDA-nın direktoru Cavid Abdullayev məlumat verib ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin layihəsi əsasında inşa edilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası (GES) 550 hektar ərazini əhatə edir. Burada 570 mindən çox günəş paneli quraşdırılıb. İllik 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək imkanına malik olan stansiya 110 milyon kubmetr təbii qazın qənaətinə və atmosferə atılan karbon emissiyalarının 200 min ton azalmasına imkan yaradır.

İİTKM nümayəndələrinə "Masdar" şirkətinin ölkə üzrə meneceri, "Masdar Azərbaycan" MMC-nin direktoru Murad Sadıxov tərəfindən stansiyanın fəaliyyəti barədə məlumat verilib. Sonra stansiya ərazisi ilə, o cümlədən yarımstansiya və günəş panellərinin yerləşdiyi sahə ilə tanışlıq olub.

Qeyd edək ki, Qaradağ GES-in rəsmi açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə 2023-cü ilin 26 oktyabr tarixində keçirilib. Layihənin ümumi dəyəri 262 milyon ABŞ dolları təşkil edir və bu, ölkədə xarici investisiya hesabına reallaşdırılan ilk sənaye miqyaslı günəş elektrik stansiyası layihəsidir. Stansiyanın şəbəkəyə inteqrasiyası üçün 330 kilovoltluq yarımstansiya da inşa olunub.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM