İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İİTKM-də Azərbaycanın sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" üzrə hədəflərin indikativ planlaşdırılması ilə bağlı görüş keçirilib. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri iştirak ediblər.

İcraçı qurumların nümayəndələri ilə aparılmış müzakirələr zamanı Strategiyanın “Yüksək keyfiyyətli ekoloji mühit” Məqsədinə daxil olan əsas hədəf indikatorlarının icrası və hesabatlılıq məsələlərinin müzakirəsi baş tutub.

İnteraktiv keçən görüşdə müvafiq məqsəd üzrə əsas hədəflərin icrası istiqamətində qarşıya çıxan çətinliklərlə əlaqədar fikir mübadiləsi aparılıb, habelə hesabatlılıq, monitorinq və qiymətləndirmənin təmin edilməsi ilə bağlı yaranan məsələlərin həlli istiqamətində qurumlara tövsiyələr verilib.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM