İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupun iclası keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılmış İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupun iclasında iştirak edib.

İclasda bildirilib ki, 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası ölkəmizdə bütün sahələrdə olduğu kimi, əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya, sosial xidmətlər, inklüziv cəmiyyətin inkişafı sahələrində əldə olunan nailiyyətlərin davam etdirilməsi məqsədinə xidmət edəcək.

Strategiya layihəsinin hazırlanması üzrə İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupu tərəfindən görüləcək işlər müzakirə olunub.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM