İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

“Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun ilk iclası keçirilib

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun ilk iclası keçirilib.

Mərkəzi Bankın sədri və alt işçi qrupun rəhbəri Taleh Kazımov “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın makroiqtisadi sabitlik sahəsində həyata keçirilmiş tədbirlərin müsbət nəticələr verdiyini, inflyasiyanın Mərkəzi Bankın (Azərbaycan Respublikasının Mərkəzi Bankı) hədəf diapazonunda idarə olunması, maliyyə sektorunun dərinliyinin artırılması, maliyyə sektorunun ÜDM-də payının yüksəldilməsi və ümumiyyətlə, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. O, 2027-2030-cu illərdə ölkədə makroiqtisadi dayanıqlılığın daha da gücləndirilməsi məqsədilə makroiqtisadi və maliyyə sabitliyi üzrə siyasət çərçivələrinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

 İclasda “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması çərçivəsində təklif olunan fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı iclasda çıxış edib.

“Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupu Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s nömrəli Sərəncamına əsasən yaradılıb.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM