İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib

Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılmış İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupun növbəti iclası olub.

İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsas götürülməklə ölkəmizdə dinamik sosial-iqtisadi inkişafın uğurla davam etdiyini bildirib.

Bu il icra olunan 5-ci sosial islahat paketi nəticəsində əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə ciddi artımlara nail olunduğu diqqətə çatdırılıb.

2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının da ölkəmizdə bütün sahələrdə olduğu kimi, əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya, sosial xidmətlər, inklüziv cəmiyyətin inkişafı sahələrində əldə olunan nailiyyətlərin davam etdirilməsi məqsədinə xidmət edəcəyi nəzərə çatdırılıb.

İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Təranə Salıfova və İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov Strategiya layihəsi üzrə Tədbirlər Planı layihəsinə dair təkliflərini bildiriblər.

Alt İşçi qrupu tərəfindən aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM