İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İİTKM nəqliyyat-tranzit layihələrinin yerlərdə monitorinqini yekunlaşdırıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının monitorinqi çərçivəsində  Bakı metrosunun “Həzi Aslanov” stansiyasının əsaslı təmirinin yekunlaşdırılması, “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması, Yaşıl xətt üzrə Y14−Y17 və Bənövşəyi xətt üzrə B4−B8 stansiyaları da daxil olmaqla 10 stansiyanın tikintisi, “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin yekunlaşdırılması işlərinə baxış keçiriblər.

Səfərdə İİTKM-lə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti , Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, “Bakı Metropoliteni” QSC, Nəqliyyatı Əlaqələndirmə Şurasının nümayəndələri də iştirak ediblər.

Bununla da paytaxtda və regionlarda nəqliyyat-tranzit layihələrinin monitorinqi ilə bağlı növbəti səfər yekunlaşıb. Səfər çərçivəsində  “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”  üzrə həyata keçirilən layihələrə yerində baxış keçirilib, müvafiq qeydlər götürülüb, aidiyyəti qurumlara tövsiyələr verilib.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM