İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İİTKM Sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində 2026-cı il üzrə indikativ planlaşdırma tədbirlərinə start verib

İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində 2026-cı il üçün nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlərin keçirilməsinə başlanılıb.

Proses çərçivəsində oktyabr-noyabr ayları ərzində Strategiya üzrə əsas icraçı qismində müəyyən edilmiş 32 qurumla müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlərdə Strategiyaya dair 2026-cı il üzrə nəticə indikatorları müəyyənləşdirilir, qarşıda duran vəzifələr və perspektivlərlə bağlı müzakirələr aparılır, monitorinq və qiymətləndirmə prosesi üzrə hesabatlılığın optimal qaydada təşkilinə dair mühüm məqamlar nəzərdən keçirilir.

İİTKM-in monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları ilk gün keçirilən görüşlərdə Azərbaycan İnvestisiya Holdinqinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Azərişıq” ASC-nin və Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun nümayəndələri iştirak ediblər.

Görüşlərdə dövlət qurumlarının nümayəndələri ilə 2026-cı il üzrə qarşıda duran vəzifələr və perspektivlər müzakirə edilib, həmçinin görüşlərdə gələcək hədəflərə uyğun nəticə indikatorlarının hazırlanması, dövrün sonuna monitorinq və qiymətləndirmənin aparılması məqsədilə 2026-cı il üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün müvafiq tövsiyələr verilib.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM