İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Azərbaycanın monitorinq institutu Tacikistan Prezident Administrasiyası və BMT-nin nümayəndə heyətinə təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Tacikistan Respublikasının Prezident Administrasiyası və BMT-nin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün əsas məqsədi iki ölkə arasında dövlət proqramlarının uğurlu icrası, islahatların sürətləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi olub.

Tacikistan tərəfindən görüşdə Prezident Administrasiyası, İqtisadi İnkişaf və Ticarət Nazirliyi, Prezident yanında İnnovasiya və Rəqəmsal Texnologiyalar Agentliyi və Tacikistan Respublikasının Azad İqtisadi Zonalarının Çin Xalq Respublikasındakı nümayəndələri iştirak ediblər.

Görüş zamanı İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov Mərkəzin həyata keçirdiyi monitorinq və qiymətləndirmə prosesi barədə ətraflı məlumat verib. O həmçinin dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üçün yaradılan rəqəmsal platformalar, bu sistemlərə süni intellektin inteqrasiyası və böyük həcmli məlumatların (big data) effektiv emalı sahəsində əldə olunan nailiyyətlər barədə danışıb.

Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyinin İnvestisiya Siyasəti və Regional İnkişaf Baş İdarəsinin rəisi Manuçehra Majonova Tacikistanda həyata keçirilən dövlət proqramları haqqında məlumat verib və Azərbaycanın proqram idarəetməsi sahəsindəki uğurlu təcrübəsini nəzərə alaraq, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Elşən Yusifli dövlət proqramlarının icrasının monitorinqi üzrə tətbiq edilən rəqəmsal hesabatlılıq platformalarını təqdim edərək şəffaflıq və nəticəyönümlü idarəetmə sahəsində Azərbaycanın tətbiq etdiyi innovativ yanaşmalar barədə məlumat verib.

Müzakirələrdə Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə və şöbənin aparıcı məsləhətçisi Sevinc Cabbarova iştirak ediblər.

Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu vurğulayıblar.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM