İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Prezident İlham Əliyev “Etibarlı Tərəfdaş Konsepsiyası”nı təsdiq edib

Prezident İlham Əliyev “Etibarlı Tərəfdaş Konsepsiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. “Etibarlı Tərəfdaş Konsepsiyası” sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması məqsədilə təsdiq edilib.

Sərəncama əsasən konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Konsepsiyanın hədəf göstəriciləri:

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun səlahiyyətli iqtisadi operator statusu ilə əhatələnməsi və səlahiyyətli iqtisadi operatorların dairəsinin genişləndirilməsi;

gömrük anbarının və gömrük təmsilçiliyinin qlobal çağırışlara uyğunlaşdırılması;

biznes subyektlərinin inkişafı üçün münbit şərait və etibarlı ticarət mühiti yaradılması;

gömrük orqanları tərəfindən biznes subyektlərinə təqdim edilən sadələşdirmə mexanizmlərinin artırılması;

müvafiq dövlət orqanlarının (qurumlarının) etibarlı tərəfdaş sisteminin qurulmasına aktiv cəlb edilməsi;

“dövlət – sahibkar – istehlakçı” zəncirinin işləmə mexanizminin əlverişli və sadələşdirilmiş səviyyəyə çatdırılması;

gömrük–biznes əməkdaşlığında beynəlxalq standartların tətbiqi ilə yeni tənzimləmə mexanizmlərinin formalaşdırılması;

biznes dürüstlüyü prinsipinin təşviqi və biznes subyektləri tərəfindən özünüqiymətləndirmə imkanının genişləndirilməsi;

ticarət-təchizat zənciri boyu təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;

gömrük işi sahəsində qərarların qəbul edilməsi prosesində rəqəmsallaşma və rəqəmsal gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində “Yaşıl texnologiyalar”dan istifadə edilməsi.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM