İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI
![]() |
"Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik" Heydər Əliyev |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”nı təsdiq edib. Sənəd məhkəmə-hüquq sisteminin davamlı inkişafı fonunda məhkəmə ekspertizasının müasir tələblərə uyğun qurulmasını, qabaqcıl beynəlxalq təcrübənin tətbiqini, rəqəmsal texnologiyaların geniş istifadəsini və infrastrukturun yenilənməsini hədəfləyir.
Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət Nazirlər Kabinetinə tapşırılıb.
Həmçinin, tədbirlərin monitorinqi və qiymətləndirilməsi Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
|
Ümumi məlumat
Qaydalar
|
Media
Xəbərlər
Fotolar
Videolar |