İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Prezident rəsmi statistikanın inkişafı üzrə yeni Dövlət Proqramını təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, sosial-iqtisadi inkişaf sahəsində dövlət siyasətinin prioritet və məqsədlərinə nail olunması, strateji sənədlərin hazırlanması və icrasına nəzarətin gücləndirilməsi, eləcə də rəsmi statistika məlumatlarına artan tələbatın ödənilməsi məqsədilə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib.

Dövlət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə olunub. Komitə proqramda nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat təqdim edəcək.

Dövlət Proqramının icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələlərin həllini təmin etməlidir. Maliyyə Nazirliyi isə Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması istiqamətində müvafiq tədbirlər görəcək.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM