İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Nazirlər Kabineti Naftalan neftinin beynəlxalq tanıdılması üzrə 2026–2029-cu illər üçün Tədbirlər Proqramını təsdiqlədi

Azərbaycan Respublikasının Nazirlər Kabineti Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılması məqsədilə 2026–2029-cu illəri əhatə edən Tədbirlər Proqramını təsdiqləyib.

Sərəncam Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 28 sentyabr 2024-cü il tarixli Sərəncamının icrası çərçivəsində qəbul edilib. Proqram yeni tibbi araşdırmaların aparılmasını, Naftalan neftindən tibbi məqsədlər üçün daha geniş istifadənin təmin olunmasını və beynəlxalq səviyyədə tanıdılmasını nəzərdə tutur.

 Sənədə əsasən, Tədbirlər Proqramında nəzərdə tutulan fəaliyyətlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə olunub. Nazirlik icranın vəziyyəti barədə hər il Nazirlər Kabinetinə məlumat təqdim edəcək. Proqram çərçivəsində tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi isə Səhiyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Ətraflı: Azərbaycan Respublikasının Nazirlər Kabineti Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılması məqsədilə 2026–2029-cu illəri əhatə edən Tədbirlər Proqramı

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM