İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiyanın icrasının təmin edilməsi barədə Sərəncam imzalanıb

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 841 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam imzalanıb.

Sərəncama əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib. Bu məqsədlə Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində Strategiyanın icrasının monitorinqi və hesabatlılıq modulu yaradılacaq və növbəti ildən monitorinq və qiymətləndirmə prosesləri həmin modul üzərindən aparılacaq.

Sənəddə Strategiya üzrə tədbirlərin icrası ilə bağlı icraçı qurumlar, layihələr, icra müddətləri, maliyyələşmə, informasiya sistemlərinin təhlükəsizliyi və elektron hökumət sistemlərinə inteqrasiya məsələləri üzrə məlumatların vahid qaydada toplanması və hesabatlılığın təmin edilməsi nəzərdə tutulur.

Strategiyanın icrası üzrə monitorinq nəticələri hər il mart ayının 5-dək, qiymətləndirmə nəticələri isə 2030-cu il iyunun 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaq.

Eyni zamanda, əsas icraçı qurumlara məsul və cavabdeh şəxslərin təyin edilməsi, nəticə indikatorları üzrə hədəf göstəricilərin müəyyənləşdirilməsi, layihələr üzrə məlumatların mütəmadi olaraq elektron sistemə daxil edilməsi və mövcud strateji sənədlərin Strategiya ilə əlaqələndirilməsi tapşırılıb.

Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinə həvalə olunub.

Qeyd edək ki, Sərəncam 26 dekabr 2025-ci il tarixində imzalanıb və imzalandığı gündən qüvvəyə minib.

Ətraflı məlumat üçün keçid: “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 841 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM