İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Nazirlər Kabineti məhkəmə ekspertizası sahəsinin inkişafı ilə bağlı Sərəncam verib

 “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 — 2030-cu illər üçün Konsepsiya”nın təsdiq edilməsi haqqında” Prezidentin Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam imzalanıb.

Sərəncama əsasən, Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı aidiyyəti dövlət qurumlarına konkret tapşırıqlar verilib, icra müddətləri müəyyənləşdirilib. Ədliyyə Nazirliyi əsas icraçı qurum kimi bir sıra yarımbəndlər üzrə təklifləri Nazirlər Kabinetinə təqdim edəcək.

Baş nazirin sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) Konsepsiyanın icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində xüsusi modulun yaradılması tapşırılıb. Monitorinq nəticələri üzrə illik hesabatlar Nazirlər Kabinetinə təqdim olunacaq.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM