İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Prezident “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasını təsdiqləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncam milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin formalaşdırılması, habelə mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə qəbul edilib.

Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edilib. Nazirlik eyni zamanda Konsepsiyanın icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim edəcək.

Konsepsiya çərçivəsində tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Ətraflı: “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Sərəncam

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM