İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI
![]() |
"Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik" Heydər Əliyev |
Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası üzrə monitorinq qaydaları təsdiqlənib. Bununla bağlı Baş nazir Sərəncam imzalayıb.
Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə bir dəfə, hər il aprelin 30-dək Nazirlər Kabinetinə təqdim etməlidir. Mərkəz Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2031-ci və 2036-cı illərin iyulun 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi monitorinqin və qiymətləndirilmənin həyata keçirilməsi məqsədilə Mərkəzə təqdim edilməsi üçün Dövlət Proqramında nəzərdə tutulmuş layihələrin icrası ilə bağlı müvafiq məlumatların “Layihə idarəetməsi” modulunda rübdə bir dəfə, rübdən sonrakı ayın 15-dək, tədbirlər üzrə ilin yekunları barədə məlumatların isə 2027-ci ildən başlayaraq hər il fevralın 25-dək Modulda yerləşdirilməsini təmin etməlidir.
|
Ümumi məlumat
Qaydalar
|
Media
Xəbərlər
Fotolar
Videolar |