İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Mədəniyyət Konsepsiyasının icrası ilə bağlı Sərəncam imzalanıb

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə bir sıra mühüm tədbirlər müəyyən edilib. Bununla bağlı Baş nazir Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Xarici İşlər Nazirliyinə və digər aidiyyəti dövlət orqanlarına müxtəlif tədbirlər üzrə təkliflər hazırlamaq və onları Nazirlər Kabinetinə təqdim etmək tapşırığı verilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun Mərkəz tərəfindən hazırlanmış Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində formalaşdırılması tapşırılıb.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM