İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Sosial-iqtisadi inkişaf Strategiyası üzrə işçi qrupların 2025-ci ilin yekunlarına dair iclasları başlayıb

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2025-ci il üzrə nəzərdə tutulan tədbirlərin icrasının monitorinq və qiymətləndirilmə nəticələrinin müzakirəsi ilə bağlı işçi qrupların iclasları başlayıb. İlk iclas “Sağlam həyat tərzi” İşçi qrupunun üzvləri arasında keçirilib.

“Sağlam həyat tərzi” İşçi qrupunun sədri, səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, hesabat dövründə icraçı qurumlar tərəfindən Strategiyada nəzərdə tutulan tədbirlərin icrası uğurla davam etdirilib.

İİTKM-in əməkdaşı Sevinc Cabbarova Strategiyanın 2025-ci il üzrə nəzərdə tutulan hədəflərinin icrasına dair monitorinq və qiymətləndirmə hesabatını təqdim edib. O, “Vətəndaşların sağlam həyat tərzi” məqsədinin 7 fəaliyyət istiqamətləri çərçivəsində təsdiq edilmiş 23 tədbirin nəticələri, həmçinin qeydə alınan çağırışları və tövsiyələri diqqətə çatdırıb. Sonra İşçi qrupun üzvləri hesabatla bağlı çıxış ediblər.

İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova və Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə İşçi qrupun üzvləri tərəfindən verilən sualları cavablandırıblar. Həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində növbəti dövr üçün əsas addımlar müəyyən edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə səkkiz İşçi qrup yaradılıb. “Sağlam həyat tərzi” İşçi qrupunda Səhiyyə Nazirliyi və İİTKM ilə yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in rəhbər şəxsləri təmsil olunurlar.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM