İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İİTKM-də rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiyanın icrası üzrə indikativ planlaşdırma müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın icrası çərçivəsində 2026-cı il üzrə tədbirlərin indikativ planlaşdırılması, habelə nəticə indikatorları üzrə hədəf göstəricilərin müəyyənləşdirilməsi məqsədilə əsas icraçı orqanların nümayəndələri ilə görüş keçirilib.

Görüşdə İİTKM-in Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı Strategiyanın Tədbirlər Planı çərçivəsində 2026-cı il üzrə qarşıda duran vəzifələr, eləcə də icra dövrünün sonunda monitorinq və qiymətləndirmənin aparılması üçün kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsinə dair yanaşmalar barədə məlumat verib.

Daha sonra Səmərəliliyin qiymətləndirilməsi sektorunun baş məsləhətçisi Günay Rəhimli tərəfindən indikativ planlama cədvəli təqdim olunub və dövlət qurumlarının nümayəndələri ilə interaktiv müzakirələr aparılıb. Müzakirələrdə Tədbirlər Planının icra prosesində institusional koordinasiya, nəticəyönümlü yanaşma və hesabatlılıq mexanizmləri üzrə ümumi mövqelər formalaşdırılıb.

Görüşdə İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2025-ci il tarixli 841 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM