İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

“İqtisadi artım” üzrə işçi qrup 2025-ci ilin monitorinq nəticələrini müzakirə edib

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə hədəfə nail olunması məqsədilə yaradılmış “İqtisadi artım” işçi qrupunun növbəti iclası keçirilib. İclasda Strategiyanın 2025-ci il üçün hədəflərinin icrasına dair monitorinq və qiymətləndirmə nəticələri müzakirə olunub.

İclasda çıxış edən işçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlərin reallaşdırılmasının dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olunmasında rolunu vurğulayıb. Nazir müavini işçi qrupunun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyətini, İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu tədbirlər üzrə görülmüş işləri diqqətə çatdırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Təranə Salıfova və Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov Strategiya çərçivəsində 2025-ci il ərzində görülmüş işlərə dair monitorinq və qiymətləndirmə hesabatını təqdim ediblər.

İcraçı qurumların nümayəndələri ilə hesabat dövründə qeydə alınan məsələlər müzakirə edilib, növbəti dövr üçün əsas hədəflər müəyyənləşdirilib.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM