İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İİTKM-də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlim proqramı yekunlaşıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasının monitorinqi və hesabatlılığının təşkili ilə bağlı yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün keçirilən təlim proqramı yekunlaşıb.

Təlimlərdə ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən yerli icra hakimiyyəti orqanlarından ümumilikdə 80-dən çox nümayəndə iştirak edib.

Təlimlərin əsas məqsədi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər üzrə hesabatlılığın təşkili və “e-monitorinq” portalı vasitəsilə təqdim olunması ilə bağlı iştirakçıların məlumatlığının artırılması olub.

Beş gün ərzində Fəaliyyət Planında yerli icra hakimiyyəti orqanları tərəfindən icrası nəzərdə tutulan tədbirlər, həmin tədbirlərin həyata keçirilməsi üzrə Yol Xəritələrinin hazırlanması, indikativ planlaşdırmanın tətbiqi, habelə icra prosesinin effektiv təşkili məsələləri barədə ətraflı məlumat verilib.

Təlimlərdə yerli icra hakimiyyəti orqanları üçün “e-monitorinq” portalında yaradılmış yeni modulun funksional imkanları nümayiş etdirilib. İştirakçılara sistemdə hesabatların yaradılması, məlumatların daxil edilməsi və yenilənməsi, təsdiqlənməsi və təqdim olunması mərhələləri əyani şəkildə izah edilib.

Təlimlər çərçivəsində iştirakçıları maraqlandıran suallar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İİTKM-in əməkdaşları tərəfindən cavablandırılıb, qarşılıqlı müzakirələr və fikir mübadiləsi aparılıb.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM