İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI
![]() |
"Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik" Heydər Əliyev |
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) dövlət proqramlarının icraçısı olan qurumlar üçün “e-monitorinq” portalının “Layihə idarəetməsi” modulunun tətbiqi və istifadə qaydalarına dair təlimləri davam etdirir.
Mərkəzin monitorinqini və qiymətləndirilməsini apardığı dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr üzrə hesabatların keyfiyyətinin yüksəldilməsi, aidiyyəti qurumlara metodiki dəstək göstərilməsi və modulun portal üzərindən tətbiqinin təmin edilməsi məqsədilə keçirilən tədbirlərdə artıq 40-a yaxın dövlət qurumunun nümayəndələri iştirak ediblər.
İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova iştirakçılara modulun məqsədi, funksional imkanları və tətbiqinin mərhələləri barədə məlumat verib.
İnteraktiv təlimlərdə Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdirləri Elşən Yusifli və Arzu Süleymanov, həmçinin Strateji planlaşdırma şöbəsinin əməkdaşı Könül Bədəlova tərəfindən modul çərçivəsində PMI standartları üzrə fiziki və maliyyə icra göstəriciləri, EVM (qazanılmış dəyər idarəetməsi) metodologiyası və OECD/DAC qiymətləndirmə meyarları təqdim olunub. “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” nümunəsində isə modul üzrə hesabatların hazırlanması qaydaları, habelə kəmiyyət və keyfiyyət təhlili yanaşmaları izah edilib.
Təlimlərdə modulun portalda tətbiqi canlı nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
5 günlük təlimlərdə ümumilikdə 46 dövlət qurumunun nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, “Layihə idarəetməsi” modulu strateji sənədlərin, o cümlədən dövlət proqramlarının monitorinqinin və qiymətləndirilməsinin fasiləsiz, operativ və şəffaf aparılması üçün hazırlanıb. Modul məlumatların mərkəzləşdirilməsinə, hesabatlılığın artırılmasına, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinə və məlumatlara əsaslanan qərarların qəbuluna xidmət edir.
|
Ümumi məlumat
Qaydalar
|
Media
Xəbərlər
Fotolar
Videolar |