İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI
"Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik" Heydər Əliyev |
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin elektron formada aparılmasının təmin edilməsi məqsədilə yaradılmış “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının icrasının monitorinqi və hesabatlılıq modulu”nun işləmə mexanizmlərinin izahı və tətbiqinə dair təlim keçirilib.
Hibrid formatda təşkil olunmuş təlimləri İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun baş məsləhətçisi Elşən Yusifli və İqtisadiyyat Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin əməkdaşları keçiblər.
Təlimdə Dövlət Proqramının icrasında iştirak edən 19 dövlət qurumunun 40-a yaxın səlahiyyətli nümayəndəsinə sözügedən Moduldan istifadə qaydaları, şərtləri və bölmələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda bir neçə tapşırığın icrası test edilib.
Qeyd edək ki, Baş nazirin sərəncamı əsasında İİTKM tərəfindən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin həyata keçirilməsi məqsədilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının icrasının monitorinqi və hesabatlılıq modulu” yaradılıb.
Ümumi məlumat
Qaydalar
|
Media
Xəbərlər
Fotolar
Videolar |