İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

“Sağlam həyat tərzi” İşçi qrupunun iclası keçirilib

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarım ili üzrə monitorinq və qiymətləndirilməsinə dair “Vətəndaşların sağlam həyat tərzi” məqsədi üzrə ümumi hesabatının “Sağlam həyat tərzi” İşçi qrupunda müzakirəsi keçirilib.

Səhiyyə Nazirliyində keçirilmiş iclasda İşçi qrupun sədri, səhiyyə nazirinin müavini Nadir Zeynalov Strategiyanın ölkənin sosial-iqtisadi inkişafındakı əhəmiyyəti barədə ətraflı məlumat verib. Nazir müavini Sənədin 2021-ci ilin fevral ayında qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in tərkib hissəsi olduğunu bildirərək, “Vətəndaşların sağlam həyat tərzi” məqsədi istiqamətində görülən işlərin də bu çərçivədə həyata keçirildiyini qeyd edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Rəşad Hüseynov Strategiyanın icrasının monitorinq və qiymətləndirilməsi prosesi barədə məlumat verib və İşçi qrupda müzakirələrin məhsuldar keçirilməsinin vacibliyini vurğulayıb.

İşçi qrupun sədr müavini, İİTKM-nin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini İlqar Babayev hazırlanmış tərəqqi hesabatını təqdim edib.

Daha sonra İşçi qrupun üzvləri hesabat üzrə müzakirələr aparıblar, təklif və iradlarını səsləndiriblər.

“Sağlam həyat tərzi” İşçi qrupunda Səhiyyə Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Maliyyə, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in rəhbər şəxsləri təmsil olunurlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb.

 

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM