İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrasına nəzarət və hesabatlılıq Portalı ilə bağlı təlimlər keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın monitorinq və qiymətləndirilməsinin elektron formada aparılmasının təmin edilməsi məqsədi ilə yaradılan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq və qiymətləndirmə Portalı”nın işləmə mexanizmlərinin izahı və tətbiqinə dair təlimlər keçirilib.  

Hibrid formatda keçirilən təlimlərdə Strategiyada nəzərdə tutulmuş tədbirlərin əsas icraçısı olan 33 dövlət qurumunun 100-ə yaxın səlahiyyətli nümayəndəsinə sözügedən Portaldan istifadə qaydaları, şərtləri və bölmələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda bir neçə tapşırığın icrası test edilib. Təlimləri İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun və İqtisadiyyat Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) əməkdaşları həyata keçiriblər.

Qeyd edək ki, Baş nazirin sərəncamı əsasında İİTKM Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi ilə birlikdə Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişatına nəzarətin effektivliyinin təmin edilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq və qiymətləndirmə Portalı”nın yaradılmasını həyata keçirir.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM