İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

BMT-nin rezidenti İİTKM-də monitorinq və qiymətləndirmə institutunu müzakirə edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı BMT-nin İnkişaf Proqramının (UNDP) rezident nümayəndəsi Alessandro Fracassettini qəbul edib.

 V. Qasımlı əvvəlcə ölkədə aparılan uğurlu iqtisadi islahatlar, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər barədə məlumatlar təqdim edib. Eləcə də Mərkəzin layihələri olan Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə məlumat verib.

Müzakirə zamanı Strateji Yol Xəritələrinin və müvafiq monitorinq və qiymətləndirmə çərçivəsinin hazırlanmasında UNDP tərəfindən təmin edilən ekspert dəstəyi və donor qurumları ilə koordinasiyada əməkdaşlıq yüksək qiymətləndirilib. Eyni zamanda Mərkəzin Strateji Fəaliyyət Planının hazırlanması və müvafiq sektorlar üzrə tədqiqatların aparılmasında UNDP-nin təmin etdiyi texniki dəstək xüsusilə vurğulanıb. 

Həmçinin monitorinq və qiymətləndirmə potentsialının ölkə səviyyəsində daha da gücləndirilməsi və UNDP tərəfindən hər il ənənəvi olaraq qlobal səviyyədə təşkil olunan  31may- 04 iyun tarixlərində keçiriləcək “Qlobal qiymətləndirmə həftəsində” İİTKM-in nümayəndələrinin iştirakı müzakirə olunub.

BMT-nin İnkişaf Proqramının (UNDP) Rezident Nümayəndəsi Alessandro Fracassetti  Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) qəbul olunan strateji inkişaf sənədləri və müvafiq dövlət proqramlarının hazırlanmasında nəzərə alınması, eləcə də, ölkədə bu məqsədlərə nail olunması üzrə maliyyələşmə çərçivəsinin qurulmasının vacibliyini vurğulayıb. A. Fracasseti  Dayanıqlı İnkişaf Məqsədləri üzrə beynəlxalq reytinqdə Azərbaycanın mövqeyi və həyata keçirilən layihələr barədə məlumat verib.

Qonağa “Doing Business 2020” islahatları və Mərkəzin 5 illik yubileyinə dair icmallar təqdim olunub.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM