İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI
"Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik" Heydər Əliyev |
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində 2023-cü ilin yekun monitorinq və qiymətləndirməsinə dair ümumi hesabatın “Sağlam həyat tərzi” İşçi qrupunda müzakirəsi keçirilib.
Səhiyyə Nazirliyində keçirilmiş iclasda İşçi qrupun sədri, səhiyyə nazirinin müavini Nadir Zeynalov Strategiyanın əhəmiyyəti barədə danışıb və qeyd edib ki, bu sənədin hesabatlılığı tam təmin edildiyi üçün nəzərdə tutulmuş tədbirlər çərçivəsində real addımlar atılır.
İşçi qrupun sədr müavini, İİTKM-nin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə hesabatı təqdim edib, hesabatda qeyd olunan irəliləyişləri, çağırışları və tövsiyələri diqqətə çatdırıb.
Daha sonra İşçi qrupun üzvləri hesabat üzrə müzakirələr aparıblar, təklif və iradlarını səsləndiriblər. İİTKM-in icraçı direktorunun müavini Rəşad Hüseynov hesabatın müzakirəsi zamanı aidiyyəti qurumlardan müvafiq rəy və təkliflərin verilməsinin vacibliyini və bunun ümumi işin səmərəliliyi baxımından önəmini vurğulayıb.
“Sağlam həyat tərzi” İşçi qrupunda Səhiyyə Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Maliyyə, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in rəhbər şəxsləri təmsil olunurlar.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “Sağlam həyat tərzi” İşçi qrupu da bu çərçivədə “Vətəndaşların sağlam həyat tərzi” məqsədinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.
Ümumi məlumat
Qaydalar
|
Media
Xəbərlər
Fotolar
Videolar |