İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

“Makroiqtisadi dayanıqlılıq” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində 2023-cü ilin yekun monitorinq və qiymətləndirilməsinə dair ümumi hesabatının “Makroiqtisadi dayanıqlılıq” İşçi qrupunda müzakirəsi keçirilib.

Videoformatda keçirilmiş iclasda Azərbaycan Respublikasının Mərkəzi Bankının sədrinin birinci müavini, İşçi qrupun sədri Rəşad Orucov görülmüş işlər barədə məlumat verib, “Daxili və xarici təsirlərə dayanıqlılıq” məqsədi çərçivəsində nəzərdə tutulmuş bütün istiqamətlər üzrə işlərin davam etdiyini bildirib.

İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müşaviri Ayaz Müseyibov hesabatı təqdim edib. O, 2023-cü il ərzində nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün müəyyən qanunların qəbul olunduğunu, bəzi hüquqi aktlarda dəyişikliklər edildiyini bildirib, həmçinin qarşıya çıxan çağırışların həlli istiqamətində konkret tədbirlərin görülməkdə olduğunu qeyd edib.

Hesabatın təqdimatından sonra İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, qaldırılmış suallar cavablandırılıb.

“Makroiqtisadi dayanıqlılıq” İşçi qrupunda Mərkəzi Bank və İİTKM ilə yanaşı, Maliyyə, İqtisadiyyat, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin, Dövlət Neft Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Əmanətlərin Sığortalanması Fondu və Aqrar Sığorta Fondunun müvafiq şöbələrinin rəhbər şəxsləri təmsil olunurlar.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “Makroiqtisadi dayanıqlılıq” İşçi qrupu da bu çərçivədə “Daxili və xarici təsirlərə dayanıqlılıq” məqsədinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM