İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

“Yaşıl enerji məkanı” Alt İşçi Qrupunun ilk iclası keçirilib

Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyasının hazırlanması məqsədilə görülən işlər çərçivəsində yaradılmış “Yaşıl enerji məkanı” Alt İşçi Qrupunun ilk iclası keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov iclasda iştirak edib.

Alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə enerji sahəsində həyata keçirilən islahatlardan və yaşıl enerji gündəliyinin prioritet istiqamətlərindən danışıb. Yeni strategiyanın Alt İşçi Qrupuna həvalə edilmiş hissəsinin hazırlanmasında həm 2022–2026-cı illəri əhatə edən iqtisadi inkişaf Strategiyasının icrası zamanı əldə edilmiş təcrübənin, həm də qlobal trendlərin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb.

İclasda icrası davam edən strategiya çərçivəsində yaşıl enerji məqsədi üzrə görülmüş işlər və əldə olunan nəticələr təqdim olunub, 2027–2030-cu illəri əhatə edəcək yeni dövr üzrə fəaliyyət istiqamətləri, ilkin tədbirlər və koordinasiya mexanizmləri müzakirə edilib.

Qeyd edək ki, “Yaşıl enerji məkanı” Alt İşçi Qrupu Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamına əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq yaradılıb.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM