İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupu növbəti iclasını keçirib

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Nazirlər Kabinetinin Sərəncamına əsasən yaradılmış İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupu növbəti iclasını keçirib.

İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində mühüm addımların atıldığını qeyd edib. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri olan “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” Milli Prioriteti üzrə aparılan işlər, əldə olunan uğurlar diqqətə çatdırılıb.

2018-2025-ci illərdə 5 sosial islahat paketinin icra olunduğu, əməkhaqqı, pensiya, digər sosial ödənişlərdə ciddi artımların edildiyi bildirilib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, inklüziv cəmiyyətin, reabilitasiya və sosial xidmətlər sisteminin inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətlərində əldə edilən nailiyyətlər qeyd edilib. Əmək, məşğulluq, sosial müdafiə sahələrində rəqəmsal həllərin geniş tətbiqinin təmin edildiyi bildirilib.

“Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” Milli Prioritetinə uyğun olaraq əldə olunan sosial uğurların, inklüziv cəmiyyətin inkişafına yönələn tədbirlərin davam etdirilməsinin yeni sosial-iqtisadi inkişaf Strategiyasında da əsas istiqamətlərdən biri olacağı vurğulanıb.

İclasda Strategiya layihəsinin hazırlanması üzrə İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupu tərəfindən aparılan işlər və qarşıda duran vəzifələr, təqdim edilən təkliflər müzakirə olunub.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM