İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə yaradılmış Sağlam həyat tərzi üzrə Alt İşçi qrupunun növbəti iclası keçirilib

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə yaradılmış Sağlam həyat tərzi üzrə Alt İşçi qrupunun ikinci iclası keçirilib.

İclasda Alt İşçi qrupunun rəhbəri, səhiyyə naziri Teymur Musayev giriş sözü ilə çıxış edərək qeyd edib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” uğurla icra olunmaqla ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm zəmin yaradıb. Nazir bu inkişafın davamlılığının təmin edilməsi məqsədilə Strategiyanın indiyədək icrası üzrə cari dövrdə əldə olunan nəticələr və təcrübələr nəzərə alınaraq, ölkədə sağlam həyat tərzinin təşviqi istiqamətində görüləcək tədbirlərin gələcək illərdə də vahid strateji çərçivəyə salınmasının vacibliyini vurğulayıb.

Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ayaz Müseyibov və Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Sevinc Cabbarova iştirak ediblər.

“Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 30 may tarixli müvafiq Sərəncamının icrası məqsədilə “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın aidiyyəti tədbirlərinin effektiv reallaşdırılması üçün yaradılmış “Sağlam həyat tərzi” üzrə Alt İşçi qrupu öz fəaliyyətini intensiv şəkildə davam etdirir”, - deyə nazir əlavə edib.
İşçi qrupunun rəhbəri, həmçinin vurğulayıb ki, növbəti illər üçün hazırlanacaq strategiyada müasir dövrün reallıqları və qlobal trendlər nəzərə alınaraq, gələcəkdə tətbiqi daha effektiv nəticələr verən tədbirlər öz əksini tapacaqdır.
Tədbirdə Alt İşçi qrupunun üzvlərinin təklifləri əsasında hazırlanmış sənəd layihəsinin ilkin təqdimatı keçirilib.
İşçi qrupunun üzvləri tərəfindən sözügedən təkliflərə dair müzakirələr aparılmaqla, müəyyən məqamlara aydınlıq gətirilib, fəaliyyət istiqamətləri və aidiyyəti tədbirlər müəyyənləşdirilib.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM