İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İİTKM-də sosial xidmətin inkişafı üzrə Dövlət Proqramının hədəf göstəriciləri müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər çərçivəsində növbəti il üzrə hədəf göstəricilərin dəqiqləşdirilməsinə dair müzakirə keçirilib.

Görüşdə Mərkəzin Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı, İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov, həmçinin Tədbirlər Planında əsas icraçı kimi nəzərdə tutulmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının uğurla davam etdiyi vurğulanıb. Həmçinin növbəti illər üzrə indikativ planlaşdırma prosesində nəzərə alınmalı məqamlar, eləcə də monitorinq və qiymətləndirmə mexanizmlərinin daha səmərəli təşkili baxımından vacib istiqamətlər diqqətə çatdırılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilib. Sərəncamın 3-cü bəndinə əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM