İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI
![]() |
"Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik" Heydər Əliyev |
“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə yaradılmış “Sağlam həyat tərzi” Alt İşçi qrupunun növbəti iclası keçirilib. İİTKM-in icraçı direktorunun müşaviri Təranə Salıfova iclasda iştirak edib.
Alt İşçi qrupunun rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası məqsədilə “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın aidiyyəti tədbirlərinin effektiv reallaşdırılması üçün “Sağlam həyat tərzi” üzrə yaradılan Alt İşçi qrupunun öz fəaliyyətini intensiv şəkildə davam etdirdiyini diqqətə çatdırıb. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın uğurla icra olunduğunu və ölkəmizin sosial-iqtisadi inkişafına mühüm zəmin yaratdığını qeyd edən nazir bu inkişafın davamlılığının təmin edilməsi məqsədilə Azərbaycanda sağlam həyat tərzinin təşviqi istiqamətində həyata keçiriləcək tədbirlərin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
İclasda Alt İşçi qrupunun üzvlərinin təkliflərinə dair müzakirələr aparılıb, uğurlu beynəlxalq təcrübələlərin tətbiqinin məqsədəuyğunluğu vurğulanıb, habelə gələcək fəaliyyət istiqamətləri üzrə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. İclasın sonunda qarşıda duran məsələlərin icrasına dair müvafiq qərarlar alınıb.
|
Ümumi məlumat
Qaydalar
|
Media
Xəbərlər
Fotolar
Videolar |